!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Verilişinə görə telekanala xəbərdarlıq olunan Tolik: "Bu mənim uğurumdur"

!Reklam – Yazi

Azərbaycan Respublikası Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar keçirilən iclasda “MTV”nin efirində yayımlanan “Ümid ilə gəl” proqramında qeydə alınmış “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.14-cü maddəsinin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulması faktı müzakirə olunub. Bununla bağlı sözügedən telekanala xəbərdarlıq edilib.

“Ümid ilə gəl” proqramının aparıcısı Tarix Əliyev bununla bağlı Yenicag.az-a açıqlama verib:

“Bu, tək məndə deyil, bütün televiziyalarda rast gəlinən məqamdır. Ola bilər ki, hansısa sosial sahəyə aid qanunları bilmədiyimdən nöqsanlar olur. Əsas odur verilişim diqqət mərkəzindədir, izlənilir. Ola bilər bu 7 ay ərzində ilk dəfə emosiyaya qapılıb bu sözü demişəm. Məlum olub ki, bu da, qanun pozuntusudur və bizə xəbərdarlıq gəlib. Audiovizual Şuraya gəlincə, onların işi bundan ibarətdir ki, nöqsanlarımızı araşdırıb, bizə söyləsinlər ki, bunu bir də təkrarlamayaq. Buna normal yanaşıram. Təki məndən yazsınlar. O birilərindən çox yazdılar, indi də məndən yazsınlar. Adam öldürməmişəm, bir şey etməmişəm. Amma adıçəkilən şəxs dövlətin qanununu pozursa, özfəaliyyət sərgiləyirsə, illərlə yaşadığı bölgədə sələmə pul verirsə və gəlir mənbəyini gizlədirsə, dövlətin vergisindən yayınırsa, bu insan mənim üçün cinayətkardır. Çünki dövlət vergisi dövlətin büdcəsidir, dövlət vergisi bizim baba nənələrimizin təqaüdüdür. Ona görə də hər bir vətəndaş bu məsələdə şəffaf olmalı və qazancını dövlətlə bölüb, dövlətin vergisini ödəməlidir. Bu, mənim fikrimdir. Adıçəkilən o adam haqqında iyirmiyə yaxın şikayət var və düşünürəm ki, inşallah əlaqədar qurumlar həmin şəxs barədə tədbir görəcəklər”.

Tolik hətta bu xəbərdarlığı uğuru kimi qəbul edib:

“Bu, mənim uğurumdur. Bu günə qədər apardığım şou xarakterli verilişlərlə bağlı heç bir xəbərdarlıq almamışdım. Amma bu gün Audiovizual Şura mənim də sosial verilişimi nəzərdən keçirib irad bildirirsə, bu mənim gələcəkdə daha da təkmilləşməmə səbəb olacaq. Və adını çəkdiyim şəxs şəhid qızını oğluna alıb, sonra dünyaya gələn nəvəsi serebral iflic olduğunu biləndən sonra boşatdırıb, aliment vermir, pulsuz qoyur və üstəlik özü də qanunsuz sələmə pul verirsə, mənim üçün o, cinayətkardır! “

Qeyd edək ki, proqramın yayımı zamanı (saat 13:25-də) aparıcı Tarix Əliyev tərəfindən barəsində şikayət edilən Nizaməddin adlı şəxs və onun həyat yoldaşı haqqında “Nizaməddin müəllim… müəllim, dırnaq arasında müəllim də…Nizaməddin kişi, 102-yə məndən şikayət eləmisən. Camaat səndən bura şikayət edir, neyniyəcəksən. Siz ikiniz də cinayətkarsız. Siz cinayət işlədirsiz…kimdi dalında duran?” ifadələri səsləndirilmişdi. Bundan başqa (saat 13:36-da) yenə də aparıcı Tarix Əliyev tərəfindən qeyd olunan mövzu davam etdirilərkən “…kimdi e bunun daydayı… guya “uçastkovu” bilmir? Onda “uçastkovu”nun əli var orda, o sahə müvəkkilinin əli var orda, deməli…” ifadələri səsləndirilmişdi.

Cəvahir

www.yenicag.az

2018
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv