!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vəzifə satan” məmurun adı açıqlandı – 170 min dollarlıq qalmaqal

!Reklam – Yazi

610x380xrusvetuni.jpg.pagespeed.ic.Y-KiVVpapG“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Komitənin sabiq Aparat rəhbəri Səfər İmanovun rüşvətxorluq və insanları aldatmaq ilə bağlı əməlləri barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub”

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  yaydığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Səfər İmanov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 1 noyabr 2015-ci ildə fəaliyyətini dayandırıb.

*   *   *12:40

Vətəndaşı Bakının rayonlarından birində icra hakimiyyətinin başçısının müavini vəzifəsinə təyin etmək adı altında ondan 170 min dollar rüşvət alan vəzifəli şəxsin adı məlum olub.

Vəkil Adəm Məmmədov virtualaz.org saytına açıqlamasında deyib ki, həmin vəzifəli şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanovdur. İcra başçısının müavini olmaq üçün 170 min dolları verən şəxs isə Qubadlı rayon sakinidir, keçmiş biznesmendir və 45 yaşındadır. Lakin vəkil hələlik onun adını açıqlamayıb. Vəkil bildirib ki, aparat rəhbərinin əməllərindən zərərçəkən daha iki nəfər ona müraciət edib.

Xəbər verildiyi kimi bir gün əvvəl Adəm Məmmədov Facebook səhifəsində icra hakimiyyəti başçısının müavini vəzifəsi üçün vətəndaşdan 170 min dollar alan və öhdəliyini yerinə yetirməyən vəzifəli şəxs barəsində şikayət ərizəsi aldığı haqda məlumat yayıb. Vəkil həmin şəxsin ərizəsini araşdırılmaq üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib.Bununla belə vəkil rüşvət alan vəzifəli şəxsin adını açıqlamamışdı, onun dövlət komitələrindən birində aparat rəhbəri olduğunu yazmaqla kifayətlənmişdi.

Məlum olub ki, S.İmanov 2015-ci il noyabrın 1-də öz ərizəsi ilə işdən çıxıb və vəkilin bildirdiyinə görə, daha sonra Almaniyaya qaçıb. Hazırda orada yaşayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Report”un sorğusuna cavab olaraq bildirib ki, S.İmanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov komitədə olub. A.Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 7-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.”Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib”, – E.Səfərov əlavə edib. /Virtualaz.org

COP29

www.yenicag.az

712
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv