!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

VII Qlobal Forum Türkiyədə keçirilə bilər

!Reklam – Yazi

Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycanda keçirilən “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıdadır. Tədbirdə çıxış edən Binəli Yıldırım Forumu mühüm məsələlərin müzakirə edildiyi məkan kimi xarakterizə edib. O, həmçinin, regional təhlükəsizlik üçün əməkdaşlığa daha çox ehtiyac olduğunu söyləyərək, bildirib ki, bu gün Türkiyə və Azərbaycan təkcə regional deyil, hətta beynəlxalq miqyaslı mühüm layihələr həyata keçirir.

Yenicag.az-a açıqlamasında Türkiyə baş nazirinin timsalında Ankaranın sözügedən Foruma xüsusi diqqət yetirdiyini qeyd edən siyasi icmalçı Azər Həsrət bildirdi ki, bu istiqamətdə növbəti tədbir Türkiyədə keçirilə bilər:

“VI Qlobal Forumda cənab Prezident və birinci vitse-prezidentin çıxışlarını dinlədik. Bu, maraqlı və Azərbaycan üçün kifayət qədər ümidverici çıxışlar oldu. Tədbirdə həmçinin, Türkiyənin baş naziri Binəli Yıldırım da çıxış edib. Onun çıxışında diqqətimi əsasən bir məqam çəkdi. Təbii ki, Azərbaycan və Qarabağ məsələsində Türkiyənin yenə də birmənalı olaraq hər zamankı kimi ölkəmizin yanında olduğu və olmaqda davam etdiyi bəyan edildi. Qardaş ölkənin baş naziri VI Qlobal Bakı Forumunun mühüm əhəmiyyətini təsdiqləyən əlavə bir fikir də səsləndirərək bildirdi ki, uyğun görünsə, növbəti Qlobal Forum Türkiyədə keçirilsin. Yəni Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin təşkil etdiyi Foruma Türkiyə ev sahibliyi etmək istəyir. Bu, bir daha göstərir ki, qardaş ölkə rəsmiləri də Qlobal Foruma xüsusi önəm verir və diqqətlə izləyirlər. Görünən odur ki, Türkiyə bu məsələdə Azərbaycanın özü qədər maraqlıdır. Ona görə də növbəti Foruma ev sahibliyi etmək istəyir”.

ELÇİN

COP29

www.yenicag.az

2012
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv