!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub

!Reklam – Yazi

Gənclər və İdman Nazirliyinin dəstəyi , “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub.

Yenicag.az xəbər verir ki, Azərbaycanın tanınmış marketinq mütəxəssisi, Floor6 Kreativ Agentliyinin təsisçisi Leyla Məmmədova gənclərə “PR strategiyasının qurulması” mövzusunda təlim keçib.

Təlim çərçivəsində məlumatların təhlil metodları, məlumatın insanlara ötürülməsi metodikası haqqında danışılaraq mövzu müzakirə olunub.

Birliyin mətbuat xidmətindən bildirilib ki, informasiya müharibəsi dövründə pr strategiyasını düzgün qurmaq Azərbaycan həqiqətlərini faktlara əsaslanaraq beynəlxalq auditoriyaya daha yaxşı çatdırmaq üçün əsas vasitələrdəndir.

Layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə dünyaya çatdırmaqdır.

İRƏLİ Vikipediya Qrupu azerbaijanhistory.az saytının strukturunun hazırlanması və zənginləşdirilməsi ilə məşğul olacaqlar. Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, incəsənətinin istər ölkədaxili, istərsə də beynəlxalq sferada geniş oxucu kütləsinə sahib olaraq dünyaya çatdırılması layihənin ana məqsədidir.

www.yenicag.az

1506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv