Viza verilməsi qaydaları sərtləşdirilir

media-hightechnic-468x90

Böyük Britaniya qanuni miqrant axınını azaltmaq üçün viza və iş icazələrinin verilməsi qaydalarını sərtləşdirəcək.

Yenicag.az xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Ceyms Kleverli açıqlayıb.

Ceyms Kleverlinin sözlərinə görə, bu plan sayəsində ildə qanuni miqrant axınını 300 min nəfər azaltmaq mümkün olacaq.

C.Kleverlinin təkliflərinin 2024-cü ildə qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, təkliflər iş vizası üçün müraciət edən əcnəbi işçiyə işəgötürən tərəfindən ödənməli olan minimum əməkhaqqının 50% artırılmasını nəzərdə tutur.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa