Volkswagendən yenilik
Volkswagen şirkəti yeddinci nəsil Golf modelinin yolsuzluq versiyasını işləyərək hazırlayıb. Adına Alltrack əlavə edilən avtomobil Paris avtosalonunda nümayiş etdiriləcək.
Avtomobilin hələlik məlum olan göstəriciləri belədir:
Mühərrik göstəriciləri:
1. yanacaq – benzin, həcm – 1,8 litr, silindr – 4, güc – 180 a.g., 0-100 km/saat – 7,8 saniyə;
2. yanacaq – 4 ədəd dizel TD, güc – 110, 150 və 184 a.g.,
Təchizat:
Haldex muftalı 4Motion tam ötürmə, artırılmış klirens, yeni təkər diskləri və bamperlər üçün əlavə qoruyucu.
Satışın başlanması vaxtı:
2015 -ci il
Qiymət:
29 300 avrodan başlamaqla (milli.az)