“Seçkilərin keçiriləsi bilməsi üçün yanvarın 20 və ya 25-nə qədər atəşkəsə nail olmaq lazım idi”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynada prezident seçkiləri ilə bağlı ən uyğun ssenarinin nə olacağını şərh edən politoloq Volodimir Fesenko deyib.
Onun sözlərinə görə, seçkilər, Ukrayna və Rusiya atəşkəs barədə razılığa gələndən sonra altı aydan tez olmayacaq.
“Hazırda döyüşlər Rusiyanın hərbi üstünlüyü ilə davam edir. Buna görə də Rusiya prezidenti Vladimir Putin atəşkəslə bağlı danışıqlarda maraqlı deyil və nə qədər ki, Rusiya qoşunları irəliləyə bilər, müharibənin davam etməsi ehtimalı yüksəkdir”.
Onun fikrincə, gələn ilin yazında Ukraynada seçkilərin keçirilə biləcəyi şübhə altındadır:
“Seçkilərin keçiriləsi bilməsi üçün yanvarın 20 və ya 25-nə qədər atəşkəsə nail olmaq lazım idi. Yalnız bu baş verəndən sonra mayın 25-də seçkilər keçirilə bilər. 100% yox, amma 98-99% ehtimalla yazda seçki olmayacaq. Çünki atəşkəs tezliklə razılaşdırılacağı inandırıcı deyil. Yaz aylarında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığın əldə olunması isə ehtimal heç 50% belə deyil. Yazda atəşkəs əldə olunsa, seçkilər ən azı altı aydan sonra, yəni payızda keçirilə bilər. Bu, optimist ssenaridir. Amma əks ssenari də mümkündür. Burada isə müharibə və danışıqlar ən azı bir il uzana bilər”.
Nəsimi Ələsgərli
www.yenicag.az