Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşdü
Serbiya prezidenti Aleksandar Vuçiçin Moskvaya getdiyi təyyarə Bakıya məcburi eniş etdikdən sonra yenidən havaya qalxıb.
Yenicag.az xəbər verir ki, bu barədə Serbiyanın “Vreme” jurnalı yazıb.
Qeyd edək ki, təyyarə Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar səbəbindən uçuşu davam etdirməyə icazəsi olmadığı üçün Moskvaya səfərini davam etdirə bilməyərək Bakıya eniş etmişdi.