Ağstafa rayonunun Vurğun qəsəbəsindən olan Vətən müharibəsi şəhidlərimizin də xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Şəhidlər bulağı” inşa olunub.
Yaşayış məntəqəsinin mərkəzində inşa olunan bulaqda torpaqlarımız uğrunda canlarını sipər edərək şəhadətə ucalmış oğullarımız Məmmədli Fazil Razim oğlu, Nəzərli Vasif Zahid oğlu və Əlizadə Xəyal Nəsrəddin oğlunun adları əbədiləşdirilib. Bulağın istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərimizin xatirə lövhələri önünə gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
www.yenicag.az