Vüsal Aslanov yeni departament yaratdı, rəis təyin etdi

media-hightechnic-468x90

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mühafizə və Yanğın Təhlükəsizlik Xidməti ləğv edilib. 

Yenicag.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.

QSC sədrinin müvafiq əmri ilə sözügedən qurum iki yerə ayrılıb. Yerində “Bakı Metropoliteni” QSC-nin Mühafizə Deparamenti yaradılıb.

Vüsal Aslanovun əmri ilə Zamiq Quliyev sözügedən departamentə rəis təyin olunub.

Qeyd edək ki, sabiq QSC rəisi Zaur Hüseynovun müvafiq əmri ilə Mühafizə və Yağın Təhlükəsizlik xidməti yaradılmışdı. Sözügedən xidmətin rəisi İnam Əzimov idi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600