!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vüsalə: “Mənə dedi, qaqaş, maşını qabağa verə bilərsən?” – MÜSAHİBƏ/FOTOLAR

!Reklam – Yazi

Deyir, komplekslərim yoxdur. Amma zamanında olub. Elə buna görə də risk etməkdən çəkinməyib. Qeyri-adi addımlar atıb…

Tanınmış aparıcı Vüsalə Səid Əyyubqızının Yenicag.az-a müsahibəsini təqdim edirik:

– Adam sizə baxanda düşünür ki, heç bir kompleksiniz yoxdur. Əslində belədirmi?

– Yox, heç bir kompleksim yoxdur. Amma uşaq vaxtı həddən artıq özümə qapanan olmuşam. Hər zaman təkliyi xoşlamışam, insanlarla ünsiyyətdən qaçmışam. Sonra özlüyümdə belə qərara gəldim ki, televiziya sahəsində çalışım. Buna nail olandan sonra, artıq ünsiyyətim çoxaldı və istəyimdən asılı olmayaraq, məcburən insanlarla ünsiyyət yaratmalı oldum.

– Demək ki, kompleksləriniz olub və bundan xilas olmaq üçün mübarizə aparmısız…

– Bəli, risk etməyi, fərqliliyi, ilkləri sevdiyimə görə başladım qeyri-iradi addımlar atmağa. Bu, həyatda bir növ dönüşüm oldu və o komplekslərdən qurtuldum.

– Saçlarınızı kəsdirməklə də ən böyük riskə getmisiz yəqin …

– Baxmayaraq ki, riski sevirəm, amma saçlarımı bilərəkdən belə kəsdirmədim. İstəyirdim ki, saçlarım bəyaz rəngdə olsun, bu rəngi almaq üçün də boyalardan istifadə etməli oldum. Amma bu da saçımın piqmentlərini dəyişmədi. İstədiyim rəngi almaq məqamında saçlarım yandı və tökülməyə başladı. Özümü bunu bilərəkdən etmişəm kimi göstərib insanlar arasına çıxdım.

– İnsanlar tərəfindən necə qarşılandız?

– Düzünü deyim ki, bu tərzim o qədər gözəl qarşılandı ki…

– İlk reaksiya necə oldu?

– Çoxu ”nə gözəl yaraşıb”, – dedi və bu, məni ürəkləndirdi. Əslində saçlarım qalın və ağırdır. Bu tərzin rahatlığını görəndən sonra, başa düşdüm ki, bir müddət uzun saçlarda ola bilməyəcəm.
Elə İTV-dəki verilişim də məhz bu tərzi tələb edirdi. Buna görə də bu saç düzümümü saxlamalı oldum.

– İndiyə qədər qarşılaşdığınız ən fərqli reaksiya necə olub?

– Avtomobil idarə edirdim, “parkinq”də çalışan insanlar dərk edə bilmirdi ki, sükan arxasında oturan qadın, ya kişidir. Biri mənə dedi ki, qaqaş, maşını qabağa verə bilərsən?. “Ay brat”, hətta “həci” deyə müraciət edənlər də olub.

– Bu, sizi qıcıqlandırıb?

– Yox, qətiyyən. Hətta bu reaksiyalar mənə gülməli gəlir.

– İndiyə qədər eşitdiyiniz ən gözəl komplimenti necə, xatırlayırsız?

– Çox olub, onların hamısını sadalasam, vaxt çatmaz. Deyənlər olub ki, siz bir ilksiniz. Azərbaycanda siz tərzdə qadın yoxdur, çox avanqardsınız…

Cəvahir

www.yenicag.az

11440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv