!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vyana görüşünün “Qarabağ üfiqi”: Sülh, yoxsa savaş? -VİDEO

!Reklam – Yazi

“Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın Vyana görüşündə nəticə əldə olunmasa, cəbhədə vəziyyət xeyli gərginləşəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın martın 29-da Vyanada baş tutacaq görüşünün mümkün nəticələrini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı blefləri Vyana görüşü barəsində nikbin düşüncələrə yer qoymur:
“ATƏT-in Minsk qrupunun həmsədrləri artıq bir neçə aydır, Azərbaycan və Ermənistan liderlərinin görüşünü planlaşdırırdılar.

Bildiyiniz kimi, prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında sonuncu görüş Davos İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi şəraitdə baş tutmuşdu.

Həmin görüşdə belə razılığa gəlinmişdi ki, beynəlxalq tədbirlərdə qeyri-rəsmi olsa da, görüşlər keçirilsin, müzakirələr aparılsın.

Ancaq ondan fərqli olaraq, martın 29-da Vyanada keçiriləcək görüş xüsusi əhəmiyyət daşıyır və Paşinyanın baş nazir seçilməsindən sonra Qarabağ münaqişəsinin nizamlanmasına yönəlik onunla aparılan ilk rəsmi müzakirə olacaq.

Belə düşünürəm ki, Vyana görüşündən müsbət nəticə gözləmək üçün hər hansı əsas yoxdur. Fikrimcə, Paşinyan yenə də müxtəlif bəhanələr gətirərək, münaqişənin həllinə istiqamətlənmiş konkret addımlardan yayınacaq.

Böyük ehtimalla, Paşinyan yenə də münaqişənin həllində “əsas sözün Qarabağ ermənilərində olduğunu” iddia edərək, məsuliyyətdən yayınmağa cəhd göstərəcək, mediaya açıqlamalarında ictimai rəyi yayındırmağa çalışacaq. Ona görə də, tərəflərin Avstriya paytaxtında ortaq məxrəcə gələcəkləri gözlənilmir.

Vyana görüşündə nəticənin əldə olunmaması isə Qarabağ cəbhəsində gərginliyi xeyli artıracaq. O baxımdan, yay aylarına doğru cəbhə xəttində vəziyyətin dəyişəcəyi ehtimalı çox yüksəkdir”.

A.Zeynalov

COP29

www.yenicag.az

3373
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv