Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“WhatsApp” bu telefonlarda da işləyəcək - YENİLİK

“WhatsApp” messencerinin tərtibatçıları “KaiOS” əməliyyat sisteminin idarəetməsi altında işləyən düyməli telefonlar üçün yeniləmə çıxarıb.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, yeniləmə sözügedən əməliyyat sisteminə pulsuz zənglər etmək imkanı əlavə edib. Lakin yeni funksiya yalnız “WhatsApp” messencerində işləyir, yəni hər iki abunəçidə sözügedən messencer quraşdırılmalıdır.

Zənglər ya “Wi-Fi”, ya da mobil internet vasitəsilə həyata keçirilir.

“Nokia” şirkətinin istehsalı olan ucuz aparatların böyük hissəsi bu sistemdən istifadə edirlər.

Qeyd edək ki, “KaiOS” əməliyyat sistemində “YouTube”, “Google” axtarış sistemi və hətta “Duo” səsli çatı əlçatandır. Əlbəttə ki sistemin xüsusiyyətlərinə görə bu proqramların imkanları məhduddur.

 

www.yenicag.az

161
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100