“WhatsApp”dan mühüm YENİLİK: Artıq səsli mesajları… – DETALLAR

“WhatsApp” tərtibatçıları messencerdə reallaşdırılacaq maraqlı və faydalı yeni funksiya üzərində çalışırlar.

Yenicag.az xəbər verir ki, sözügedən yeni funksiya ilk növbədə iOS istifadəçiləri üçün aktiv olacaq.

Məlumata görə, yaxın zamanda iOS istifadəçiləri “WhatsApp”dakı səsli mesajları mətn formatına çevirə biləcəklər. Sözügedən funksiya hazırlanma mərhələsindədir və gözləntilərə əsasən yaxın zamanda messencerin beta test versiyasında istifadəyə veriləcək.

Səsli mesajların daxilində olan məlumatlar “Facebook” serverlərinə göndərilməyəcək.

Səsli mesajların mətn formatına çevriləməsi prosesi isə birbaşa smartfonlarda reallaşdırılacaq. Bununla yanaşı, məlumata səsli mesaj bir dəfə mətn formatına çevriləndən sonra onu təkrar olaraq bu prosesdən keçirtməyə ehtiyac qalmayacaq.

Belə ki, səsli mesajın mətn formatında olan versiyası “WhatsApp”ın lokal bazasında saxlanacaq. Bu yeni funksiyanın “WhatsApp”ın Android versiyası üçün nə zaman təqdim olunacağı barəsində məlumat daha sonra veriləcək./Technote/