!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"WhatsApp"la bağlı BEYNƏLXALQ QALMAQAL: İsrail şirkəti kimləri dinləyib?

!Reklam – Yazi

İsrailin dünyanın ən populyar mobil tətbiqi sayılan “WhatsApp”dan casusluq məqsədilə istifadə etdiyi bildirilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ‘WhatsApp” üzərindən casusluq fəaliyyətinin təşkili üçün istifadə edilən proqramın İsrailin “NSO Group” şirkətinə məxsus olduğu aşkarlanıb.

Qeyd olunur ki, bu detal Whatsapp-ın iddiası əsasında “NSO Group”a qarşı aparılan istintaqın gedişində üzə çıxıb.

Məlumata görə, sözügedən mobil tətbiq vasitəsilə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Pakistan, Hindistan və Bəhreyndə bir çox insanların, o cümlədən, yüksək vəzifəli məmurların telefonlarına giriş imkanı əldə edilib.

“NSO Group” isə öz növbəsində hazırladığı proqramın beynəlxalq cinayətkarlıq və terrorizmlə mübarizə məqsədilə hazırlandığını bəyan edib.

Fidan Məmmədli

www.yenicag.az

3240
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv