İngiltərəli futbolçu Peter Krauç səmimi etirafı ilə gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, millinin sabiq hücumçusu “Liverpul”a transfer olunduğu zaman Xabi Alonsonun arvadına aşiq olduğunu bildirib.
Məsələdən agah olan Krauçun komanda yoldaşı Ceymi Karrager ona xəbərdarlıq edib.
Bu barədə Krauç yazdığı avtobioqrafiyasında qeyd edib. Xatirələrini bölüşən ucaboy forvard bunları bildirib: “O qadının kim olduğunu bilmirdim. Ona aşiq olmuşdum. Daha sonra Ceymi Karrager qadının Xabi Alonsonun arvadı olduğunu bildirdi. Və mənə sərt şəkildə xəbərdarlıq etdi”.
Hazırda “Stok Siti”də çıxış edən 37 yaşlı Krauç Kriştiano Ronaldo ilə olan xatirəsini də bölüşüb: “Bir dəfə Ronaldo lüt şəkildə güzgünün qarşısına keçmişdi. “Nə qədər gözəl görünürəm” deyən Ronaldoya komanda yoldaşlarım “Bunun bir önəmi yoxdur. Messi səndən daha yaxşı futbolçudur” cavabını vermişdilər”.
www.yenicag.az