Xaçmazda ağır qəza baş verdi: Avtomobil çaya aşdı
Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, rayonunun Hülövlü kənd sakini Tural İskəndərovun idarə etdiyi, “Toyota Pajero” markalı avtomobil idarəetmədən çıxaraq Ağçayın üzərindən çayın içərisinə aşıb. İlkin məlumata görə, 6 nəfər yaralanıb.
Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır./Apa/