!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti keçmiş işçisindən 55 min manat tələb edir

!Reklam – Yazi

“Ritm” qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov vaxtilə komandasında çalışmış nağaraçı, “Amarok” zərb alətləri qrupunun rəhbəri Ramil Cahangirovu məhkəməyə verib.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalist Raminə Eyvazqızı paylaşım edib.

Qeyd edilib ki, Xalqın artisti bir ildir ki, məhkəmələrdə Ramilin onun patentləşdirdiyi qavaldas maketini mənimsədiyini və ona uyğun özünə alət düzəltdiyini iddia edir. Bir neçə dəfə ekspertiza aparılsa da, konkret rəy və qərar verilməyib. Natiq Şirinov qarşı tərəfə 55 min manatlıq təzminat iddiası qaldırıb.

Tərəflərin yekun məhkəməsi sabah Sumqayıt məhkəməsində baş tutacaq.

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv