!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti Müşərrəf Akayı heyrətləndirdi: "Məni öldürdün…"

!Reklam – Yazi

Xalq artisti Yalçın Rzazadə Türkiyənin TRT kanalında konsert proqramı ilə çıxış edib. Onun məşhur türk sənətçisi Müşərrəf Akayla birgə baş tutan konsertində duyğulu anlar yaşanıb.

Yenicag.az-a açıqlama verən xalq artisti konsertlə bağlı təəssüratlarını bölüşüb:

“Bu, xüsusi dəvət idi. Müşərrəf Akayla birgə çıxış etdik. Bizi TRT-nin məşhur orkestri müşayiət edirdi. “Bakı, sabahın xeyir” mahnısını oxuyandan sonra dünya şöhrətli dirijor İlyas bəy mənə dedi ki, “Yalçın bəy, məni öldürdünüz, bu nə möhtəşəm səs?” “Əlvida”nı oxuyanda isə, “məni çox kövrəltdiniz” – dedi. Sonda Müşərrəf xanımla bərabər “Ayrılıq” mahnısını oxuduq. Müşərrəf Akay o qədər xoş sözlər dedi ki… Türkiyədə ənənədir, ustad sənətkarların ifasından sonra onun əlini öpürlər. Mənim də əlimi öpüb, təşəkkürlərini bildirdilər”.

Xalq artisti konsertin yaxın günlərdə sözügedən telekanalda yayımlanacağını bildirdi.

Cəvahir

www.yenicag.az

2599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv