Türkiyənin məşhur müğənnisi Müşərrəf Akay öz etirafları ilə hamını təəccübləndirib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, qatıldığı verilişlərin birində səsləndirdiyi fikirlər sənətçini müzakirə obyektinə çevrib.
Belə ki, o aparıcının “şiddət görmüsünüzmü?” sualına belə cavab verib:
“Xeyr, heç bir şəkildə şiddət görməmişəm. Hətta ilk evliliyimdə mən özüm yoldaşıma şiddət göstərmişəm. Çünki o buna layiq idi. Daha sonra uşaqlarımı da götürüb ondan ayrıldım.
Məni kimi vura bilər? Mən həmin adamı nə edərəm, bilmirəm. Bağışlamadığım tək insan ilk yoldaşımdır. 17 yaşında sevərək ailə qurmuşdum, xəyallarım var idi. 15 il evli qaldıq onunla. 2-ci evliliyimi 20 il sonra etdim, o da il yarım çəkdi. 3-cü evliliyim də az davam etdi. Mən bu işi bacarmıram, alınmır”.
Hər evliliyində xoşbəxtliyi axtardığını deyən müğənni sözlərinə belə davam edib:
“Bütün xəyallarım ilk evliliyimlə bitdi. Uşaqlarımın atası olduğu üçün ona hörmət göstərirəm”.
www.yenicag.az