Xalq artisti məşhur “Qardaşlar”ı topa tutdu: “Ayıbdır”

media-hightechnic-468x90

Xalq artisti, tanınmış aktyor Ənvər Həsənov yerli serialları tənqid atəşinə tutub.

Yenicag.az-a açıqlama verən aktyor onu qane etmədiyi üçün seriallara çəkilməkdən imtina etdiyini də bildirib:

“Məni bir neçə dəfə seriallara dəvət etdilər. Dedim ki, ssenarini göstərin, qane etsə, gəlim çəkilim. Dedilər ki, gəlin, çəkiliş meydançasında mətni verərik, oxuyarsınız. Razılaşmadım, necə yəni, mən çəkildiyim rol barədə çəkiliş meydançasında xəbər tutmalıyam? Açığı, bu gün çəkilən seriallar məni qane etmir. “Qardaşlar”, “Bacanaqlar”, o nə seriallardır çəkirlər? Mən 50 ildə qazandığım hörməti bir günün içində yerə vura bilmərəm. Ayıbdır, yaraşmaz mənə. Baxırsan, serialda ləhcə ilə danışırlar, bu onun ağzını əyir, o buna söz atır-biabırçılıqdır. Bizim vaxtilə çəkilən filmlərimizə baxmaq, onlardan öyrənmək lazımdır. Bu gün kinomuzda olan ənənələr unudulub. Mən özüm də 2-3 seriala çəkilmişəm, amma həmin serillar film üslubunda çəkilib, özü də peşəkarlar tərəfindən”.

Cəvahir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa