Xalq artistindən MARAQLI TƏKLİF: “Tamaşaçı o verilişlər üçün acdır”

media-hightechnic-468x90

 

media-banner_tkm

“Tamaşaçı o proqramların həsrətini çəkir, çünki səviyyəli efir məkanı üçün acdır…”

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Yasin Qarayev deyib.

Keçmiş verilişlərin nostalgiyasını yaşayan aktyor, izləyicini yenidən ekrana cəlb etmək üçün müasir telekanallarda maarifləndirici proqramlara böyük ehtiyac olduğunu bildirib:

“Ölkəmizdə yalnız bir ana televiziyanın – AzTV-nin fəaliyyət göstərdiyi dövrlərdə bir-birindən maraqlı və rəngarəng verilişlər təqdim olunurdu: “Səhər görüşləri”, “Birimiz və hamımız”, “Necəsən, gənc dost?”, “Komediyalar aləminə səyahət”, “Yumoristik novellalar”, “Gəlin birlikdə gülək”, “Gəzdim Azərbaycanı”… Bu sadaladığım proqramların həm peşəkar, həm də xalq tərəfindən sevilən aparıcıları var idi. Məsələn, “Səhər görüşləri”ni  Xalq artistləri Leyla Bədirbəyli və Lütfi Məmmədbəyov, “Komediyalar aləminə səyahət” i Xalq artisti Əlabbas Qədirov, “Birimiz və hamımız”ı  aktyor Azər Mirzəyev, “Gəzdim Azərbaycanı” verilişini isə Xalq artistləri, məşhur diktorlar Sabir Ələsgərov və Ofelya Sənani aparardılar… Tamaşaçı bu verilişləri böyük maraqla izləyirdi.

Yadımdadır ki, Ulu Öndər Heydər Əliyev bölgələrdə kənd zəhmətkeşləri ilə görüşü zamanı xalqın istəyini nəzərə alaraq, AzTV rəhbərliyinə “Səhər görüşləri” verilişinin bazar günləri axşam saatlarında təkrar nümayiş olunmasını tapşırmışdı. İndi mən də daxil olmaqla bütün tamaşaçılar məhz o formatda verilişlərin bərpasını istəyirlər. Belə proqramlar həm əyləncə xarakterli idi, həm də insanları maarifləndirirdi. Bu gün tamaşaçı elə verilişlər üçün acdır…”

Xalq artisti hazırda keyfiyyətli verilişlərin sayca az olmasından gileylənib:

“Keyfiyyətli verilişlərin sayı artırılmalıdır. Kinonu, teatrı əhatə edən proqramlara daha çox yer verilməlidir. Həmin verilişlərin hazırlanması və təqdimatı isə mütləq bu işin peşəkarlarına həvalə olunmalıdır”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05