Xalq artistindən reklama çəkilən məşhurlara REAKSİYA: “Messinin pula ehtiyacı yoxdur, amma...”
“Məşhur futbolçu Messi, Ronaldo bu gün də reklamlara çəkilir. Halbuki onların pula ehtiyacları yoxdur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Yasin Qarayev deyib.
Aktyor “Sənət adamlarının reklam çarxlarına çəkilməsinə münasibətiniz necədir?” sualını cavablandırıb:
“Sənət adamlarının reklama çəkilməsinə pis baxmıram. Lakin bir məsələ var ki, çəkildiyin reklam gərək cəmiyyət tərəfindən normal qəbul olunsun. Mən dünyaşöhrətli futbolçuların, aktyorların və digər tanınmışların reklamlara çəkildiyinin çox şahidi olmuşam. Məşhur futbolçular Messi, Ronaldo bu gün də reklamlara çəkilirlər. Halbuki onların pula ehtiyacları yoxdur. SSRİ Xalq artisti Kazakovun “Kofe” reklamına çəkildiyi də yadımdadır. Bizim kino ulduzumuz Rasim Balayevin də “Təzyiq aparatı”nın reklamına çəkildiyini görmüşəm.
Fikir vermisinizsə, bəzi xarici ölkələrdə bir də görürsən yüzlərlə aktyora paltar geyindirib, qrimləyib, at, qılınc-qalxan verirlər; sanki haradasa tarixi film çəkirlər. Sonradan məlum olur ki, bunlar hansısa səviyyəli bir bankın reklamını edirlər”.
Cəvahir













