Xalq artistindən SƏRT QINAQ: “Belə şeylərdən xoşum gəlmir”

media-hightechnic-468x90

“Kimisə yamsılamaqdan xoşum gəlmir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova “İncə Səhər” verilişində deyib.

O, başqalarını təqlid etməklə sənət aləmində özünü təsdiqləmək istəyən gəncləri qınayıb:

“Müəyyən bir vaxtda kimisə yamsılamaq olar. Təbii ki, vaxtilə biz də ustadlarımızı yamsılamışıq. Amma müəyyən müddət keçəndən sonra öz yolumuzu tapmışıq. Evimdə bütün sənətkarların səsyazıları var, hamısını dinləmişəm. Lakin sonra öz dəst-xəttimi müəyyən etmişəm. İzlə gedən izsiz qalar. Buna görə də kimisə yamsılamaqdan xoşum gəlmir.

Muğam sahəsi ciddi sənət olduğuna görə ustadlardan o ağır ərkanı götürmək olar. Amma səs və ifa tərzi baxımından yamsılamağı sevmirəm və bununla razılaşmıram. Kasad da olsa, gərək insanın öz yolu olsun”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05