Xalq artistindən ÜZÜCÜ XƏBƏR: Əməliyyat olundu - FOTO

media-hightechnic-468x90

Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov açıq ürək əməliyyatı olunub.

Bunu rejissor Rüfət Şahbazov Yenicag.az-a açıqlamasında bildirib.

Rejissor qeyd edib ki, aktyor xəstəxanaya infarkt diaqnozu ilə daxil olub, hazırda vəziyyəti yaxşıdır:

“Əməliyyat 4 saat davam edib. Səhhəti yaxşıdır. Sevilən aktyorumuz sabah evə buraxılacaq. Müalicə ev şəraitində davam edəcək”.

“Ata ocağı” serialında Nazim obrazını canlandıran aktyor çəkilişlərə fasilə verəcəkmi?

Serialın rejissorunun cavabı belə oldu:

“Xeyr, davam edəcək. Lazım gəlsə, onu xüsusi tibbi maşınla çəkiliş meydançasına gətirəcəklər”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600