Xalq artistindən yubiley ETİRAFI: “Atamın goru haqqı, yaşımı hiss etmirəm”
“Bilirdim, bu sualı mənə verəcəksən. Özümü də bu suala hazırlamışdım. Atamın goru haqqı, yaşımı hiss etmirəm”.
Bu sözləri Yenicag.az-a açıqlamasında doğum günü olan Xalq artisti, sevilən aktyor Qurban İsmayılov deyib.
Doğum günlərini qeyd etməyi heç sevməyən aktyor 65 illik yubileyi ilə bağlı təəssüratlarını bölüşüb:
“Cavanlıqdan bu yana heç vaxt doğum günləri keçirməkdən zəhləm gedir. Heç qeyd də etmirəm. Uşaqlarıma da demişəm ki, ad günü keçirmirəm, amma gəlirsinizsə, gəlin”.
O, rəqəmlərin onun üçün heç bir önəm daşımadığını da bildirib:
“Atamın goru haqqı, hiss etmirəm ki, rəqəmin üstə rəqəm gəlir, ya gəlmir. Bilirdim, sən bu sualı verəcəksən. Ha istədim oturum fikirləşim ki, bu rəqəmin üstə rəqəm gəlməsini hiss edirəm ya, yox. Gördüm ki, yox e, rəqəmlərin mənə dəxili yoxdur. Bu gün də əvvəlki günlər kimidir”.
Aktyor “arzuladığınız, amma oynamadığınız rollar olubmu” sualını da cavablandırıb:
“Elə bir obraz olmayıb ki, arzulayım, amma oynamayım. Mən aktyoram, hansı rolu veriblər, onu da oynamışam”.
Cəvahir