“Ulu öndərimizin yadigarı, vəzifəsini layqincə yerinə yetirən belə bir fatehin seçkilərdə qalib gəlməsi mütləq idi”.
Bu sözləri dünən keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyevin qələbəsi ilə bağlı təəssüratlarını ifadə edən Xalq artisti Simarə İmanova Yenicag.az-a açıqlamasında deyib.
O, yüksək-əhval-ruhiyyədə olduğunu və sevincini ifadə etməyə söz tapa bilmədiyini vurğulayıb:
“Seçkilər çox gözəl və şəffaf keçdi. Öz adıma və ailəmin adına deyirəm və hamımız da yaxşı bilirik ki, bizim bir prezidentimiz var, o da İlham Əliyevdir. Allah onu və ailəsini qorusun. Biz şükr etməliiyk ki, belə layiqli Ali Baş Komandanımız var və Vətənimizin, dövlətçiliyimizin keşiyində belə fateh, sərkərdə dayanır.
Ulu öndərimizin yadigarı, vəzifəsini layqincə yerinə yetirən belə bir fatehin seçkilərdə qalib gəlməsi mütləq idi. Çünki xalqımız ona inanır və sona qədər də inanacaq. Heç kimin ağlından keçməzdi ki, 44 gün ərzində torpaqlarımız geri qaytarıla bilər. Cənab İlham Əliyevin Xankəndidə səs verməsi o qədər qürurverici idi ki… Bu sevinci ifadə etmək üçün söz belə acizdir.
Mən də səsverməyə sevə-sevə qatıldım. Hamı sevinc içində idi. Bu dövlətin, bu millətin qayğısına qalan laiyqli prezidentimizə xoşbəxt əhval-ruhiyyə ilə səs verdim. Bu gün ölkəmizdə rahat gəzirik, əmin-amanlıq içində yaşayırıq, azad olunmuş torpaqlarımızda qürurla addımlayırıq. Bundan böyük xoşbəxtlik ola bilməz. Sənət adamı və bir vətəndaş kimi xoşbəxtəm ki, belə bir prezidentim var. Mən sevgimi, sevincimi sənətimlə ifadə etdim”.
Cəvahir
www.yenicag.az