Xalq artistinin “Şair də müğənni kimi qazanmalıdır” açıqlamasına Vahid Əzizdən CAVAB - VİDEO

media-hightechnic-468x90

“Sözlərimə oxunan 250-dən artıq mahnı var. Elə təkcə “Bayatılar” mahnısı dünyanın 75 ölkəsində oxunur… Siyavuş Kərimi düz deyir, şair də müğənni kimi zəhmətinin haqqını almalıdır…”

media-banner_tkm

Bunu Xalq artisti Siyavuş Kəriminin “Musiqiçilər gedib toydan qazanırlar, bəs bu şair, yazıçı, bəstəkar nə etsin?!” fikrinə münasibət bildirərkən Xalq şairi Vahid Əziz Yenicag.az-a açıqlamasında deyib.

Qeyd edək ki, bəstəkar “Üzə-düz” proqramında şair, yazıçı, bəstəkara haqsızlıq olunduğunu bildirib:

“Şair, bəstəkar nə etsin?! Yaradıcı insan öz əsərinin bəhrəsini görməlidir. Onun əsəri hardasa istifadə olunursa, o bunun qonorarını almalıdır. Toydan, konsertdən, hətta disk satışından belə yaradıcı insanların qonorarı çatmalıdır. Mahnı dövlətə satılmalıdır. Dövlətin də alıcı təşkilatı olmalıdır. Bəstə hər dəfə radio, TV-yə satılanda o pul qəpik-qəpik yığılmalı və yaradıcı heyətin payına çatmalıdır”.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05