Xalq artistləri prezidentə məktub ünvanlayıb

media-hightechnic-468x90

34195_fzk3l283tdAzərbaycanın Xalq artistləri – Gülyaz və Gülyanaq Məmmədovalar dövlət başçısı İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Onlar məktubda respublikanın “Xalq artisti” fəxri adına layiq görülmələri ilə əlaqədar Prezidentə təşəkkür ediblər.

“Sizə minnətdarlıq edir, Azərbaycan incəsənətindəki fəaliyyətimizi yüksək qiymətləndirdiyiniz üçün dərin təşəkkürümüzü bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan mədəniyyətinin çiçəklənməsi naminə apardığınız böyük işdə tükənməz qüvvət arzulayırıq”, – məktubda bildirilib.

Azərbaycanın Xalq artisti Ramiz Əzizbəyli Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi münasibətilə Prezidentə məktub ünvanlayıb.

“Böyük ailəmin sevincinə səbəb olan Sərəncamınız ilə əlaqədar sevincimi Sizinlə bölüşür və buna görə Sizə dərin minnətdarlığımı bildirirəm”, – R.Əzizbəyli məktubunda bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600