Fələstinin dövlət başçısı Mahmud Abbas xalqı Qüdsün və ölkənin işğal altında olan digər torpaqlarının geri qaytarılması uğrunda silahlı müqavimətə çağırıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, o, bunu ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra bildirib. M.Abbas Trampın qərarının heç bir hüquqi əsası olmadığını bəyan edib:
“Qüds ərəb-müsəlman və xristian şəhəridir. Qüds Fələstinin əbədi paytaxtıdır. Vaşinqton bu qərarı ilə beynəlxalq və ikitərəfli sülh prosesinə böyük zərbə vurdu. Bu, ABŞ-ın sülh danışıqlarından çəkildiyi anlamına gəlir”.
www.yenicag.az