Aparıcı Turan İbrahimov qınaq obyektinə tuş gəlib.
Yenicag.az xəbər verir ki, buna səbəb onun xanımı ilə paylaşdığı videoda səsləndirdi fikirlərdir.
Məsələ burasındadır ki, İbrahimov həyat yoldaşı ilə birgə film izləmək üçün sinema salonuna yollanıb. Filmin başlamasına vaxt qaldığından cütlük restoranların birində əyləşmək istəyib. Bu zaman restoranlarda boş yerin olmaması Turanı əsəbləşdirib:
“Təsəvvür edin ki, hamı ağlayır. Sosial şəbəkələrdə qırılırıq yazırlar. Restoranlarda insan əlindən tərpənmək olmur. Hamısı da azərbaycanlılardır. Bəs, o ağlayanlar kimdir? Mən onu anlaya bilmirəm”
Turan İbrahimovun bu fikirlərinə xanımı “Bizim xalq kef edir” şərhini əlavə edib.
www.yenicag.az