!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Xalqın ürəyidir məzarım mənim" - Bayram Kürdəxanlı dəfn olundu - FOTO,VİDEO

!Reklam – Yazi

Bu gecə Bayram Kürdəxanlı faciəvi şəkildə dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, Bayramın ölüm xəbərini eşidən kənd camaatı, dostları onun evinə baş çəkib. Saat 14:00-da yerdən götürülən mərhum Kürdəxanı kənd qəbiristanlığında dəfn olundu.

Dəfndə iştirak edən sənət dostları Bayram haqqında xoş sözlər danışıb, ruhuna fatihə verdilər. Meyxanaçı Namiq Məna isə gözyaşları içində bunları dedi:

“Bir ömür yaşadım, arın-arxayın
Zirvələr dolandı güzarım mənim
Məni dəfn etməyə yer axtarmayın,

Xalqın ürəyidir məzarım mənim… Bayram elə bir sənətkardır ki, bu cümlələri ona ithaf etmək olar. Onun barəsində danışmaq mənim üçün çox ağırdır. Həmişə mənə deyərdi ki, Namiq, mənə bir şey olsa, qardaşım oğlu Rəcəbdən muğayat oldu. Bayramın bir cavan qardaşı rəhmətə getmişdi, onun adını kiçik qardaşının oğluna qoymuşdular. Deyirdi, onu sənə tapşırıram. Bayram çox savadlı idi. Tarixi, ədəbiyyatı gözəl bilirdi. Misilsiz bədiyyə ustası idi. Çox istərdim ki, onun haqqında gözəl bir veriliş hazırlansın. Bayram biz bədiyyəçilər üçün böyük məktəb idi. Yatsaydım, yuxuma da gəlməzdi ki, Bayram öləcək.

Ona həmişə deyirdim ki, Bayram özünü qoru. Onun da öz dərdi vardı. Bir ziyalı bacısını, qardaşını itirmişdi. Biz tez-tez onunla məclislərdə olurduq. Dərdini mənimlə bölüşürdü. O, fitri istedad idi. Zamanında mən də ondan bəhrələnmişəm. Dünən günorta onunla azı 1 saat danışdım. Dedi, gəl bir mahnı üzərində işləyək. Sözləri də belə idi: “Vaxt tapan başını qaşıyır, Əzrayıl adam daşıyır… bu dünyadan”… Yazığın elə bil ürəyinə dammışdı. Mən bu ölümlə barışa bilmirəm”.

Emin Səfərov
Yenicag.az

COP29

www.yenicag.az

5921
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv