Xankəndi stadionunda təmir işləri nə yerdədir? - RƏSMİ AÇIQLAMA 

media-hightechnic-468x90

“Xankəndi şəhər stadionunda təmir-bərpa və yenidənqurma işləri davam etdirilir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu İqtisadiyyat.az-ın sualına cavab olaraq gənclər və idman naziri Fərid Qayıbov deyib.

“Təmirdən sonra oyunlar keçiriləcək. Xankəndi şəhər stadionunda davamlı oyunların keçirilməsini planlaşdırırıq”, – nazir əlavə edib.

Qeyd edək ki, Xankəndi şəhərində yerləşən stadionda ilk oyunun dekabrın 21-də keçirilməsi nəzərdə tutulub. Matçın Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ” – MOİK arasında keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Xankəndi şəhər stadionu 1956-cı ildə istifadəyə verilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05