Xaricdə təhsil alan gənclərin istəyi

media-hightechnic-468x90

“Xaricdə təhsil alan tələbələrin fəaliyyətlərini
koordinasiya edən vahid bir təşkilat olmalıdır”

Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, elmi, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Dövlətin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Gənclərin xaricdə təhsil almasına yaradılan imkan da məhz bu siyasətə xidmət edir. Bu gün xaricdə təhsil alan və yaşayan gənclərimiz aktiv ictimai-siyasi fəaliyyətlə də məşğuldurlar.
Xaricdəki gənclərimiz artıq yeni bir gücə çevriliblər. Amma hər halda gənclərin Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi və onların istiqamətləndirilməsi üçün hər hansı bir təşkilata zərurət yaranır. Belə gənclər gərək bir çatı altına yığıla. Çünki həmin gənclər Azərbaycanın xaricdəki düşünən beyni, ictimai-siyasi, elmi potensialıdır. Məhz buna görədir ki, onlar Vətən məsuliyyətlərini dərk edir və baş verən proseslərdən kənarda qalmaq istəmirlər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa