Xarici turistlər Azərbaycanda nağdsız ödənişləri 25 faiz artırıb

media-hightechnic-468x90

2018-ci ildə Azərbaycanda xarici vətəndaşlar bank kartları vasitəsilə 1278,4 milyon manat xərcləyib ki, bu da 2017-ci illə müqayisədə 256 milyon manat və ya 25 faiz çoxdur.

Yenicag.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ramin Hüseyn deyib.

Analitikin sözlərinə görə, 2018-ci il ərzində Azərbaycana 196 ölkədən 2849,6 min turist gəlib. Bu göstərici 2017-ci illə müqayisədə 5,7 faiz çoxdur.

Azərbaycana gələn xarici ölkə vətəndaşlarından 30,9 faizi Rusiya, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi BƏƏ, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrdən olub./Trend/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600