Xatirə KİMƏ SƏSLƏNDİ? – “Sənə o dünyada da halallıq verməyəcəyəm”
“Elə insanlar var onlarla hesabı bu dünyada, yox, o dünyada çəkəcəyəm. Halallıq verməyəcəyəm o adama”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “Öz aramızda” verilişində deyib.
Müğənni axirətdə haqq-hesab çəkəcəyi insanların olduğunu bildirib:
“Elə insanlar var onlarla hesabı bu dünyada, yox, o dünyada çəkəcəyəm. Halallıq verməyəcəyəm o adama. O biri dünyada sual verəcəyəm ki, niyə mənə bunu etdin?! Heç vaxt halallıq verməyəcəyəm! Durduğum yerdə, heç nədən xəbərim olmadığı halda o insana görə stress yaşamışam. Hansı ki, bir gözümü belə sənə görə keçərəm, bağışlayaram, amma sən mənə o stressi yaşatmısan və bu bir ömür yadımda qalıb”.
Nehru