XƏBƏRDARLIQ! Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

media-hightechnic-468x90

Oktyabrın 10-u və 11-də paytaxtda dezinfeksiya işləri aparılacaq.

Bu barədə Yenicag.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bildirilib ki, son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq, kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa