“Xəbəri eşidəndə inanmadım”

media-hightechnic-468x90

79852“Yerli kanallardan birində yayımlanan verilişlərdən birindən çıxıb evə gedirdim. Yolda “Xalq artisti” adının verilməsi ilə bağlı mənə xəbər verdilər. İnanmadım, çünki əvvəllər də bu tipli xəbərlər almışam. Evə çatıb prezidentin saytına daxil olub adımı gördüm. Çox sevindim, amma heç kəsə bildirmədim”.

Bu sözləri prezidentin sərəncamı ilə “Xalq artisti” adına layiq görülmüş Könül Xasıyeva deyib.

Onun sözlərinə görə, “Xalq artisti” adının alınması valideynlərimin böyük arzusu olub: “Anamın 76, atamın 78 yaşı var. Valideynlərimə zəng edib bu gözəl xəbəri verdim. Ailəmizdə böyük sevinc yaşandı. Əlbəttə ki, mən əməyin, zəhmətimin qarşılığında nə vaxtsa “Xalq artisti” adını alacağımı gözləyirdim. Amma bu xəbər mənim üçün sürpriz oldu. Çünki “Əməkdar artist” adı mənə mərhum prezident Heydər Əliyev tərəfindən 2002-ci ildə məhz bu gün, 24 dekabr tarixində verilmişdi”- deyə xalq artisti qeyd edib.

K.Xasıyeva bu ada layiq görüldüyü üçün prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600