“6 dəfə əməliyyat olundum, bir dəfə “uf” demədim. Özümü Allaha təslim etdim”.
Yenicag.az xəbər verir ki, bu sözləri xərçəngdən əziyyət çəkən tanınmış müğənni, Xalq artisti Ağadadaş Ağayev səhhəti barəsində danışarkən deyib.
Sənətçi əməliyyat xərclərinin dövlət tərəfindən ödənildiyini açıqlayıb.
“Ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edirəm. Səhhətimlə bağlı böyük bir imtahandan keçdim. Onlar mənim maddi və mənəvi köməyim olmasaydılar, işim ağır idi”.
Qeyd edək ki, bu sözləri müğənni, Xalq artisti Ağadadaş Ağayev “Söhbət musiqidən gedir” proqramında deyib.
Cəvahir
www.yenicag.az