!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəyallara yolçuluq:  İŞIĞIMIZ QARABAĞDA YANDI! - VİDEO

!Reklam – Yazi

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də geniş miqyaslı işlər görülməkdədir.

Azərbaycanın işğaldan azad olunmuş torpaqları, Qarabağ və Şərqi Zəngəzurda həyatın təməlini bərpa edənlər yalnız qurucular deyil, həm də işığın, ümidin və gələcəyin daşıyıcılarıdır. Bu torpaqların azad edilməsi ilə başlayan yenidənqurma prosesi, sadəcə infrastrukturun bərpası ilə məhdudlaşmır. Həmin infrastrukturun qurulmasında ön planda olan “Azərişıq” ASC isə bu günlərdə öz mühüm rolunu daha da üzə çıxarıb.

Yenicag.az bildirir ki, bu gün azad olunmuş ərazilərimizin hər bir nöqtəsində Azərbaycan işığı yanır.

Belə ki, 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız 2020-ci ildə azad edildikdən sonra həmin ərazilərin enerji ilə təmin edilməsi pioritet məsələlərdən biri idi.

Azərbaycanın bu bölgələri 30 ilə yaxın bir müddətdə işğal altında qalarkən, düşmən tərəfindən oradakı elektrik enerjisi şəbəkələri, xətləri və stansiyaları məhv edilmiş və ya istifadəyə yararsız vəziyyətə salınmışdı.

Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirməyə başladı.

Hazırda işğaldan azad edilən ərazilərində “Azərişıq” ASC-nin 5 097 abonenti mövcuddur. Bunun 4 182-si əhali qrupuna, 915-i isə qeyri-əhali qrupuna daxil olan abonentlərdir.

Kəlbəcər, Laçın kimi dağlıq və çətin şəraitə malik ərazilərdə elektrik enerjisinin bərpası, bəlkə də, ən çətin tapşırıqlardan biridir. Bu ərazilər, 30 il ərzində işğal altındaykən, qaralıq içində qaldı. İndi isə bu torpaqlar yavaş-yavaş işıqla bürünür. Bunun arxasında isə “Azərişıq” əməkdaşlarının əzmi və zəhməti dayanır. Qışın ən kəskin günlərində, qorxulu dağ yollarında, təhlükəli ərazilərdə elektrik şəbəkələrinin qurulması onların peşəkarlığının və qətiyyətinin bariz nümunəsidir.

İşıq sadəcə bir enerji mənbəyi deyil, o həm də bir ümid, bir həyat deməkdir. İşğaldan sonra, bu torpaqlara elektrik enerjisi gətirənlər, sadəcə mühəndislər və texniklər deyil, həm də bir xalqın yenidən doğuşunun şahidləridir. Hər bir elektrik xətti, hər bir kabellə birlikdə bu torpaqlarda yeni bir həyat başlayır. “Azərişıq” əməkdaşlarının işi, sadəcə bərpa və yenidənqurma deyil, həm də bir simvolik anlam daşıyır. Onlar, bu torpaqlara işıq çəkərək, yalnız gecəni aydınlatmırlar, həm də hər bir sakin üçün ümid işığı olurlar.

Bütün bu çətinliklərə baxmayaraq, “Azərişıq” ASC-nin əməkdaşları öz işlərini böyük həvəs və məsuliyyətlə yerinə yetirirlər. Onların hər birinin yüzlərlə insanın həyatına təsir edəcək qərarlar alması, həm də böyük bir yükdür. Onlar sadəcə bir iş görmürlər, bir xalqın yenidən dirçəlməsi üçün mübarizə aparırlar. Vətən müharibəsində apardıqları mübarizə kimi. Təsadüfi deyil ki, Vətən Müharibəsində ən çox əməkdaşı iştirak edən qurum olan “Azərişıq”ın 293 əməkdaşı iştirak etmiş, onlardan 6-sı qəhrəmancasına döyüşərək şəhid olmuş, 23-ü yaralanmışdır. İndi isə “Azərişıq”ın müharibədə şəhid olan əməkdaşlarının yarımçıq qoyduğu işi var gücü ilə davam etdirərək vətəndaşlarımızın güvənli işıq təminatı olmağa davam edir.

Azərbaycanın azad torpaqlarında həyata keçirilən bu infrastruktur layihələri, yalnız elektrik enerjisinin bərpası ilə bağlı deyil, həm də bir xalqın azadlıq, birlik və inkişaf yolundakı irəliləyişi ilə əlaqədardır. “Azərişıq” əməkdaşları, bu yolda özlərinin işıq gətirən qəhrəmanlarıdır. Onlar, işıq çəkərək, eyni zamanda Azərbaycanın gələcəyinə işıq salırlar.

İŞIĞIMIZ DAİM YANSIN!

Bu yazı “Azərişıq” ASC-nin 10 illik yubileyinə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr” mövzusunda media subyektlərinin təmsilçiləri arasında elan edilən müsabiqəyə təqdim edilir.

 

Məsimə Məmmədova

 

www.yenicag.az

81
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv