Xeyriyyə fondundan oğurluq edildi

media-hightechnic-468x90

sam-simon-simpsonsg“Simpsonlar” çizgi serialının prodüseri və yaradıcısı Sem Saymonun xeyriyyə fondundan dəyəri 400 min dollar olan 2 rəsm əsəri oğurlanıb.

media-banner_tkm

Bu haqda məlumatı “Associated Press” agentliyi yayıb.
Hadisə aprel ayının 10-da Kaliforniya ştatıın Malibu şəhərində qeydə alınıb.

Məlumata görə, oğurlanan əsərlərdən biri ABŞ-ın məşhur rəssamı Roy Lixtenşteynə məxsus olub.

Qeyd edək ki, Sem Saymon bu il mart ayının 9-da 59 yaşında dünyasını dəyişib. Onun xərçəng xəstəliyindən öldüyü deyilir.

“Simpsonlar” serialının ilk buraxılışı 1989-cu ildə işıq üzü görüb. Saymon ssenarist, rejissor və icraçı prodüser kimi öz karyerası ərzində 9 dəfə bu filmə görə “Emmi” mükafatını qazanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05