Xəzər dənizində daha bir zəlzələ oldu - YENİLƏNDİ 3
Xəzər dənizində 3.5 maqnitudalı daha bir zəlzələ olub.
Yenicag.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla 18:11-də qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 51 km olub.
***
Xəzərdə üçüncü dəfə zəlzələ olub.
Bu barədə Yenicag.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla 13:21-də qeydə alınıb.
3 maqnitudalı yeraltı təkan 21 km dərinlikdə olub.
***
13:42
Xəzərdə daha bir zəlzələ olub.
Bu barədə Yenicag.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla 13:10-da qeydə alınıb.
3.2 maqnitudalı yeraltı təkan 20 km dərinlikdə qeydə alınıb.
***
13:28
Xəzərdə zəlzələ qeydə alınıb.
Bu barədə Yenicag.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Maqnitudası 5.3 olan yeraltı təkan yerli vaxtla 13:05-də 70 km dərinlikdə baş verib.
Zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.













