“Xiaomi”dən ittihamlara CAVAB

media-hightechnic-468x90

Çinin “Xiaomi” şirkətinin mətbuat xidməti onun aparıcı smartfon modellərindən birinin elektromaqnit şüalanmasının rəqib şirkətlərin modelləri ilə müqayisədə ən yüksək səviyyədə olması barədə informasiyanı şərh edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, “Xiaomi” istifadəçilərin təhlükəsizliyinin qayğısına qalır və telefonlara tələblər barədə qanunlara ciddi riayət edir.

Məlumatda deyilir ki, Avropa İttifaqı Şurasının 2,0 vt/kq həddində məhdudiyyətlərinə riayət edən bazarlarda “Mi A1” üçün elektromaqnit enerjisinin udulmasının xüsusi əmsalı testinin nəticəsi 1,75 vt/kq təşkil edib. ABŞ Federal Rabitə Komissiyasının normativlərinə riayət edən bazarlarda isə “Mi A1” üçün testin maksimum nəticəsi 1,26 vt/kq-dır.

Bir qədər əvvəl “Statista” şirkətinin ekspertləri şüalanma səviyyəsi çox yüksək olan smartfonları açıqlayıblar. Reytinqdə birinci yeri “Xiaomi Mi A1” (1,75 vt/kq) tutub. Mütəxəssislər Almaniya Radiasiyadan Müdafiə İdarəsinin məlumatlarından istifadə ediblər./Azərtac/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05