!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN başçısı Alim Bayal ilə görüşdü

!Reklam – Yazi

Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Azərbaycandakı yeni səfiri Alim Bayel ilə görüşüb.

XİN-dən Yenicag.az-a bildirilib ki, görüş zamanı, səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

C.Bayramov səfir Alim Bayeli təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və qardaş Qazaxıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, enerji, humanitar, təhsil, turizm və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir ortaq etnik, mədəni və tarixi köklərə əsaslanan Azərbaycan və Qazaxıstan arasında genişmiqyaslı ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivlərini məmnunluqla qeyd edib.

Öz növbəsində, səfir Alim Bayel diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan və Qazaxıstan arasında geniş əməkdaşlıq potensialının olduğunu bildirən səfir Alim Bayel, ölkələr arasında turizm, enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini ifadə edib.

Görüş zamanı, habelə beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı və digər çərçivələrdə vacib istiqamətlər üzrə birgə səylərin artırılmasının vacib olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

COP29

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv