!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN-lərin görüşü, əldə edilmiş razılıqlara politoloq şərhi: "Torpaqdan danışmalıyıq"

!Reklam – Yazi

Aprelin 15-də Rusiyanın təşəbbüsü, həmsədrlərin və ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.

Görüşdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov anlaşmalar əldə olunduğunu açıqlayıb.

Görüşlərin faydalı olduğunu deyən Elmar Məmmədyarov bildirib ki, azərbaycanlı və ermənistanlı jurnalistlərin qarşılıqlı səfərləri və cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması barədə razılıq əldə olunub.

Xarici işlər nazirlərinin görüşü və əldə edilmiş razılıqlarla bağlı politoloq Qabil Hüseynli Yenicaq.az-a açıqlama verib.

Qabil Hüseynli Rusiyanın moderatorluğuna toxunaraq bildirib ki, sanki Dağlıq Qarabağ Rusiya torpağıdır və danışıqlar prosesinə bu cür moderatorluq edir:

“Danışıqlardan sonra jurnalistlər üçün verilən brifinqdə nikbin rəylər səsləndirildi. Ancaq danışıqların nəticəsini tam da nikbin adlandırmaq olmaz. Humanitar əlaqələrdən söhbət açırlar, əsirlərin qohumları ilə görüşdürülməsini planlaşdırırlar. Əslində isə əsir və girovluq məsələsini köklü həll etmək lazımdır. Ermənistanda 5500 əsir olduğu deyilir, ermənilərin isə Azərbaycandakı əsirləri 3-5 nəfərdir. Əslində bütün müharibələrdə əsirlərin hamının hamıya dəyişdirilməsi prinsipi ilə hərəkət edirlər. Ermənilər isə birə-bir dəyişdirilməsinin tərəfdarıdır. Bunun qədər məntiqsiz heç nə yoxdur”.

Cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması barədə razılığa gəldikdə isə politoloq bunları deyib:

“Ermənilər kənd təsərrüfatına ən böyük ziyanı su vasitəsi ilə vurur. Qarabağ zonasında Ağdam, Tərtər, Bərdə, Yevlaxın bir hissəsi, Goranboy bütövlükdə Sərsəng su anbarından su alırdı. Avropa Şurası 2 il əvvəl Sərsəng su anbarından su verilməsinin dayandırılmasını Azərbaycana qarşı Ermənistanın su soyqırımı adlandırmışdı. Humanitar əlaqələrdən danışırlar, kimi dindirsən deyəcək ki, ən humanitar şey elə sudur. Ancaq su verilməsi məsələsi gündəmə gətirilməyib. Kənd təsərrüfatı ilə məşğul olan adamlara, onların saxladığı heyvanlara, torpağa su lazımdır. Humanizmi göstərmək istəyənlər bunu bu sahədə göstərməlidirlər”.

Monitorinqin dərinləşdirilməsi məsələsinə gəldikdə isə Qabil Hüseynli qeyd edib ki, bu məsələni də tam olaraq Azərbaycan tərəfinin xeyrinə həll olunmuş hesab etmək olmaz:

“Bundan əvvəl də Anji Kaspirşikin rus və erməni agenti olduğu deyilirdi. Kaspirşik monitorinqlərin daha da dərinləşməsi, yeni izləmə avadanlıqlarının alınması və atəşkəsin tam dayandırılması ilə bağlı təklif irəli sürüb və görüşdən də belə bir qərar çıxıb”.

Qabil Hüseynli qeyd edib ki, danışıqların nəticəsi müəyyən stimul yarada bilər:
“Əsas məsələ torpaqdır. Torpaqdan danışmalıyıq. O torpaqlardan qaçqın düşən şəxslərin geriyə qaytarılmasından danışmalıyıq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2916
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv