XİN mina qurbanlarının sayını açıqladı

media-hightechnic-468x90

“Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!”

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında paylaşımında bildirib.

“Ermənistanın yerləşdirdiyi minanın daha bir qurbanı. 2020-ci il müharibəsinin bitməsindən indiyədək qurbanların ümumi sayı 341 nəfərə çatıb, onlardan 65-i həlak olub (50-si mülki şəxs, 15-i hərbçi). Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!”, – paylaşımda deyilir.

Qeyd edək ki, bugün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu mina partlaması nəticəsində xəsarət alıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa