Xırdalan sakinlərinə təskinlik - Təmir və tıxacların bitəcəyi tarix məlum oldu - VİDEO

media-hightechnic-468x90

“Xırdalanın Heydər Əliyev prospektində aparılan yenidənqurma işləri sentyabrın 16-na kimi başa çatacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Xırdalanda həyata keçirdiyi və dözülməz tıxaclara səbəb olan yenidənqurma işlərinin nə zaman yekunlaşacağına aydınlıq gətirən qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Artıq bir neçə həftədir ki, Xırdalan şəhəri Heydər Əliyev prospektində kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Həyata keçirilən yenidənqurma işləri nəticəsində yaranan davamlı tıxaclar Xırdalanda avtomobillərin və piyadaların hərəkətində ciddi çətinliklərə səbəb olub. Xırdalanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri və bunun nəticəsində yaranan vəziyyətlə videomaterialdan tanış ola bilərsiniz:

Ayan Ağayeva

 

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa