Xırdalanda DƏHŞƏT: İmtahanda az bal topladığı üçün... - VİDEO

media-hightechnic-468x90

Ötən gecə Xırdalan şəhərində intihar hadisəsi baş verib.

Yenicag.az Qafqazinfo-ya isitnadən xəbər verir ki, 2006-cı il təvəllüdlü S.Səlimov (şərti soyadlı) şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən özünü atıb. 17 yaşlı oğlan hadisə yerində vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, S.Səlimov orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. Dünən imtahanın nəticələri açıqlanarkən o, gözlədiyindən az bal toplayıb. Daha sonra o, həyatına qəsd edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600