!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xocalı ibrəti - Hərbçilər danışır

!Reklam – Yazi

Xocalı soyqırımından 27 il ötür.

Xocalıda törədilmiş soyqırım erməni rəhbərlərinin dediyi kimi, Azərbaycan xalqının onları ciddiyə alması və xalqın gözünün qorxudulması üçün həyata keçirilib.

Bu yanaşma bir çoxları tərəfindən qəbul edilsə də, bəziləri bu fikrin tam əksini düşünür.

Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Nazim Bayramov Xocalı soyqırımının xalqımızda xof yaratmadığını düşünənlərdəndir.

Yenicag.az-a açıqlamasında Nazim Bayramov bildirib ki, Xocalı faciəsi müharibədə şiddəti artırdı:

“Xocalı soyqırımı indi gənc nəslin düşündüyü kimi, xalqımızda xof yaratmadı. Əksinə, Xocalıdan sonra Qarabağa ən böyük könüllü axını başladı. Bizim yaş nəsil ermənini şəxsən tanıyıb və onu heç vaxt cəsur saymayıb. Ona görə ermənilərin Xocalı azğınlığı hər kəsi dərindən hiddətləndirdi, qəzəbləndirdi və düşməni həşərat kimi əzib, məhv etmək istəyini yaratdı. Bunu da bacardığımız qədər etdik.

Döyüşü uduzmaqla savaş uduzulmur. Nə qədər ki, millət məğlubiyyətlə barışmayıb, o məğlub deyil. Biz millət və dövlət olaraq həmin müharibəyə hazır deyildik. Ermənilərdən fərqli olaraq bizim həmişə dövlətçiliyimiz olub və xalq ilk növbədə dövlətdən hərəkət gözləyirdi. Təhlükəni tam dərk etmədik, dövlət təşkilatımız zəif oldu. Daha çox şəxsi qeyrətimiz hesabına və pərakəndə döyüşdük. Dövlət xalqda eyni yüksək, davamlı və sabit motivasiya yarada bilmədi. Bu gün qələbəmiz üçün tələb olunan bütün şərtlər artıq var. Xocalının qisası eyni cinayət yox, Vətənimizin işğalçıdan azad olunmasıdır.

İnam dağları yerindən tərpədər. Bu ağır gündə xalqımıza birlik və qələbəyə sarsılmaz inam arzulayıram!”

Hərbi ekspert Tərlan Eyvazov isə saytımıza açıqlamasında ermənilərin tarixən etdikləri cinayətlərə toxunaraq bildirib ki, bu, Azərbaycan xalqının başına gətirilən birinci faciə deyil:

“Tarixə müraciət etsək, XX əsrin başlanğıcından bu faciələr Azərbaycan xalqının başına gətirilib. Eyni güclərin planı əsasında ermənilər vasitəsi ilə xalqımızın başına olmazın oyunlar açılıb. Azərbaycan xalqının ta qədimdən bu günə qədər dövlətçiliyi olub. Dövlətlərin adı fərqli olsa da, xalqımızın dövlətçilik ənənəsi var. Ancaq ermənilərin yalançı tarixindən başqa ortada bir dövlətləri olmayıb. Ona görə də, kilsə tərəfindən idarə olunan ermənilər daim türklərə, farslara, ruslara qısılaraq, öz işlərini görüblər. Bu qövüm hansı xalqa, dövlətə sığınsa da, daim özlərinin fantaziyaları əsasında “Böyük Ermənistan” qurmaq istəyiblər. “Böyük Ermənistan”ın qurulması üçün Azərbaycan torpaqlarında arzularını həyata keçirməyə başlayıblar. Bunun tarixinə baxdıqda, onlar eyni şeyləri təkrar edirlər. Azərbaycan xalqından fərqli olaraq daim ayıq və çevik hərəkət edirlər”.

Xocalı soyqırımına toxunan Tərlan Eyvazov qeyd edib ki, məhz Azərbaycan xalqının gözünü qorxutmaqdan ötəri o soyqırımı törədiblər:

“Bunu ermənilərin rəhbər şəxsləri də açıq-aşkar deyiblər. Ermənilərin törətdiyi bu əməl uzaq hədəflərə hesablanmış bir cinayət hərəkəti idi. Onlar dinc əhalini qorxutmaq, əhalini öz yerindən, yurdundan didərgin salmaq istəyirdilər. Bu gün Gürcüstan-Abxaziya, Gürcüstan-Rusiya, Rusiya-Ukrayna qarşıdurmasını müqayisə etsək, görəcəyik ki, bu qarşıdurmalarda dinc əhali öz yerindən, yurdundan köçürülməyib. Bu yalnız Azərbaycan-Ermənistan münaqişəsi zamanı baş verib. Beynəlxalq təşkilatların qəbul etdikləri qərarlara baxmayaraq, hələ də yerindən, yurdundan didərgin düşmüş əhali öz doğma torpaqlarına qayıtmayıb. Heç bir beynəlxalq institut Xocalıda olanları soyqırım kimi tanımayıb. Beynəlxalq ictimaiyyət baş vermiş hadisələrə ikili standartdan yanaşır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

4650
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv