“Xocalı Simpoziumu vicdanları bir daha sızladacaq”- İHH başqanı Bülənt Yıldırım
Sabah Türkiyənin nüfuzlu təşkilatlarından İnsan Haqqları Təşkilatı (İHH) tərəfindən Xocalı faciəsinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək. İHH-nın başqanı Bülənt Yıldırım bu barədə açıqlama verib:
“Uzun illərdir müsəlmanların yaşadığı ölkələr işğal edilir, müsəlmanlar qətlə yetrilir. Dünyada hal-hazırda heç bir cəzası olmayan yeganə cinayət müsəlmanları qətlə yetirməkdir. Biz də məhz elə buna görə bu simpoziumu təşkil etmək qərarında gəldik. Bu tədbir vasitəsilə biz də dünyaya “baxın burada müsəlmanları qətlə yetiriblər” deyəcək, vicdanla baxmadığı üçün görə bilməyən gözlər bu ağrı-acını artıq görsün deyə vicdanları işıqlandırmağa çalışacağıq. Əfqanıstanda başlayan sovet işğalından bu yana İslam ölkələri sistemli olaraq hücumlara məruz qalır. Xocalı faciəsinin də sistem xaricində olmadığı məlumdur. Buna görə də Əfqanıstanı, Fələstini, İraqı, Suriyanı və Bosniyanı unutdurmaq istəyən güclərlə bu cinayəti işləyənlərin hədəfi birdir. Xocalı simpoziumu bu cinayəti işləyənləri məlum olan bir faciəni yenidən ictimaiyyətə xatırladacaq, vicdanları bir daha sızladacaq, həm də bu kimi digər faciələrin də gündəmə gəlməsini təmin edəcək .”
Yıldırım tədbirdə Xocalı hadisəsi zamanı zərər çəkən şəxslərin də iştirak edəcəyini bildirib.
Yenicag.az bildirir ki, Xocalı soyqırımının canlı şahidi və zərərçəkənlərindən olan, erməni əsirliyinə olmuş Dürdanə Ağayeva da sabahkı tədbirdə iştirak edəcəkdir.